İnam Kərimov Yevlaxda vətəndaşlarla görüşəcək

İnam Kərimov Yevlaxda vətəndaşlarla görüşəcək
  16 May 2018    Oxunub:1546
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 18 may 2018-ci il tarixində, saat 11:00-da Yevlax rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Goranboy, Yevlax, Göygöl, Samux və Daşkəsən rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən AzVision.az-a verilən xəbərə görə, görüşdə iştirak etmək istəyənlər Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-435-06-06) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

AzVision.az


Teqlər: İnam-Kərimov  





Xəbər lenti