Şəmkirdə telefon oğrusu tutulub

Şəmkirdə telefon oğrusu tutulub
  16 May 2018    Oxunub:1590
DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə Şəmkir rayonu ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Düyərli kəndindəki mobil telefon mağazasından 6 mobil telefonun oğurlandığı müəyyən edilib. ​Faktla bağlı cinayət işi başlanılıb.

​Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun kənd sakini Bayram Rüstəmzadə olduğu müəyyən edilib. Törətdiyi cinayət əməlini etiraf edən B.Rüstəmzadə bütün mobil telefonları satdğını bildirib. Mobil telefonlardan 3-ü maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti