Azərbaycan Ordusunda yarış keçirilir

Azərbaycan Ordusunda yarış keçirilir
  16 May 2018    Oxunub:972
Bu il üçün hazırlıq planına əsasən Azərbaycan Ordusunun topogeodeziya ixtisaslı zabitləri ilə “Ən yaxşı topoqraf” adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yarış zamanı iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin koordinatlarının təyini, müasir proqram təminatından istifadə edilməsi və fiziki hazırlıq üzrə bacarıqlarını göstərəcəklər.

Yarış nəticələrinə görə ən yaxşı topoqraf adına layiq görülmüş hərbi qulluqçu müəyyənləşdiriləcək.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Ordu  





Xəbər lenti