DİM rəhbəri abituriyentlərin intiharına münasibət bildirib

DİM rəhbəri abituriyentlərin intiharına münasibət bildirib
  17 May 2018    Oxunub:1798
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda iki abituriyentin qəbul imtahanından sonra intihar etməsinə münasibət bildirib.
AzVision.az-ın məlumatna görə, M.Abbaszadə bildirib ki, intihar hadisəsi baş verəndə qəbul imtahanlarının nəticələri hələ açıqlanmamışdı.

“Həmişə öz çıxışlarımda valideynlərə müraciət edirəm. Bu prosesdə valideynlərdən çox şey asılıdır. Ailə istəyir ki, övladı ali təhsil alsın. Bunu da onun xoşbəxtliyi üçün istəyir. Uşaq var oxumaq istəmir, ancaq valideyn onu kitab oxumağa məcbur edir. Ola bilər ki, övladının hansısa sahədə əl qabiliyyəti var və bu işlə məşğul olmaq istəyir. Ona görə də yeniyetmələrin fikrini öyrənmək, onlarla ünsiyyətdə olmaq lazımdır".

DİM rəhbəri qeyd edib ki, valideynlərin özlərinin həyatda əldə edə bilmədiklərini yeniyetmədən tələb etmək düz deyil.

"Ümumilikdə isə intihar səbəblərini Dövlət İmtahan Mərkəzi ilə əlaqələndirmək düzgün deyil. Bizim müxtəlif çarxlarımız var. Bu materiallarla valideynlər də tanış olmalıdır"- deyə M.Abbaszadə əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Məleykə-Abbaszadə  





Xəbər lenti