DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi

DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi
  17 May 2018    Oxunub:1866
"Bu il ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul prosesi hazırki qanunvericiliyə uyğun olaraq aparılacaq".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, gələcəkdə abituriyentlərin universitetlərə müsabiqədənkənar qəbul olması ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklərin olması nəzərdə tutulur:

"Təhsil Nazirliyinin bununla bağlı hazırladığı təkliflərə biz də müsbət rəyimizi vermişik. Bu sahədə olan statistikanı araşdırarkən müşahidə etdik ki, respublikada keçirilən fənn olimpiadalarının qalibləri qəbul imtahanlarında yüksək nəticə göstərirlər. Bunu nəzərə alaraq qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərə müsbət yanaşırıq".

Qeyd edək ki, Təhsil Nazirliyi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün təkliflər hazırlayıb. Təkliflər artıq aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   İmtahan   Təhsil  





Xəbər lenti