Miqrasiya Xidmətinin rəisi İndoneziya səfirilə görüşüb

Miqrasiya Xidmətinin rəisi İndoneziya səfirilə görüşüb
  17 May 2018    Oxunub:1266
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov İndoneziya səfiri Hüsnan Bəy Fənani ilə görüşüb.
DMX mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, məqsəd tanışlıq və iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması olub.

Xidmət rəisi Azərbaycanla İndoneziya arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, İndoneziya hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, ölkəmizin haqlı mövqeyini dəstəkləyib. V. Hüseynov ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində də yüksək səviyyədə əməkdaşlıq etdiyini vurğulayıb.

DMX rəisi Xidmətin fəaliyyət istiqamətləri və miqrasiya prosesləri barədə məlumat verib.



Səfir Hüsnan Bəy Fənani iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib. O, İndoneziya vətəndaşlarının Azərbaycana turist səfərlərinin genişləndirilməsi istiqamətində planlardan danışıb, Bakı-Cakarta aviareysinin açılması məsələsinə toxunub.

Görüşdə qarşılıqlı əməkdaşlıq və miqrasiya sahəsində maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Miqrasiya   Vüas-Hüseynov   Görüş  





Xəbər lenti