Lerikdə "ağac qətliamı" - İşə Prokurorluq baxacaq
Meşə mühafizə işçiləri tərəfindən mühafizə tədbirlərinin qeyri-qənaətbəxş yerinə yetirilməsi səbəbindən müxtəlif cinsli 75 ədəd ağacın kəsildiyi və təbiətə 6589 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib edilib. Meşə fonduna dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.
AzVision.az