Səməd Seyidov: “Bu, mənim üçün qüsur yox, şərəfdir”

Səməd Seyidov: “Bu, mənim üçün qüsur yox, şərəfdir”
  18 May 2018    Oxunub:2364
“AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

S.Seyidov qeyd edib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanskiyaya məruz qalmırlar: “Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartlardır. Azərbaycan öz haqq sözünü ortaya qoyanda sanksiyaya məruz qoyurlar, biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki mən Azərbaycanın maraqlarını qoruyuram”.

Anar Kəbliyev
AzVision.az


Teqlər: Milli-Məclis   Səməd-Seyidov  





Xəbər lenti