“İnsanlardan malınızı əsirgəməyin...” - Siyavuş Novruzov

“İnsanlardan malınızı əsirgəməyin...” - Siyavuş Novruzov
  18 May 2018    Oxunub:1480
“Olmayan məsələləri Azərabycan nümayəndə heyətinin üzərinə yazırlar. Bunlar böhtan xarakterlidir”.
AzVision.az xəbər verir ki, bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

“Azərbaycan hansısa lobbiçilik fəaliyyəti ilə məşğul olubsa, burada qəbahət olan nədir? ABŞ və digər ölkələrdə lobbiçiliklə bağlı qanunlar var. İslam dinində buyrulur ki, insanlardan malınızı, dövlətinizi əsirgəməyin. Biz nə edirik ki? Əsirgəmirik. Hesab edirəm ki, bu istiqamətdə də işimizi davam etdirməliyik. Ölkəmizin maraqlarını təmsil etməliyik” – deyə S.Novruzov əlavə edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti