Lavrov: "Rusiya heç bir ölkənin daxili işinə qarışmır"

  18 May 2018    Oxunub : 285
Lavrov: "Rusiya heç bir ölkənin daxili işinə qarışmır"
"Rusiya başqa ölkələrin daxili işlərinə qarışmır"
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Russian Business Guide – Italian-Russian Chamber of Commerce" jurnalına müsahibəsində deyib.

Avropa İttifaqı Rusiyanın önəmli qonşusu və iqtisadi-ticari tərəfdaşıdır. Əlbəttə, biz Avropa inteqrasiyasının gələcəyi barədə Avropa İttifaqı və ona üzv dövlətlərdəki müzakirələri izləyirik. Bununla belə, biz digər dövlətlərin daxili işlərinə heç vaxt qarışmamışıq və qarışmağa hazırlaşmırıq” – deyə Lavrov bildirib.

Nazir onu da vurğulayıb ki, bəzi tərəfdaşlarından fərqli olaraq, Moskva Avropa layihəsinin taleyi üçün əhəmiyyət kəsb edən referendum və seçki kampaniyalarının nəticələrinə münasibətdə üstünlük sərgilədiyini heç vaxt ifadə etməyib: "Avropa ölkələri ilə əməkdaşlıq edirik və Avropalıların özlərinin səs verəcəkləri liderlərlə də bu əməkdaşlığı davam etdirməyə hazırırq”.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Rusiya   Avropaİttifaqı