Vitse-spiker Zahid Oruca əsəbiləşdi

  18 May 2018    Oxunub : 489
Vitse-spiker Zahid Oruca əsəbiləşdi
"Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətlarlıq var. Beynəlxalq mərkəzlər olan Britaniyada və ABŞ-da bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. O, bildirib ki, insanlar vəsait xərcələyərək Gürcüstana gedib, orada imtahan verirlər:

“Bununla bizim təhsil imicimiz ləkələnir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə Z.Orucun çıxışını narazılıqla qarşılayıb. O deyib ki, Z.Oruc qanun layihəsindən, yəni müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” qanuna dəyişiklikdən başqa hər şeydən danışdı.

Anar Kəbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Zahid-Oruc