ABŞ Sarkisyana sanksiya tətbiq edir

ABŞ Sarkisyana sanksiya tətbiq edir
  18 May 2018    Oxunub:3309
ABŞ tərəfi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bank hesablarının dondurulduğu barədə məlumatı təsdiq etmir, amma bunu inkar da etmir.

AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya “Ermənistan hüquqşünasları assossiasiyası”nın sədri Karen Zadoyan məlumat verib.
“Biz Amerika səfirliyinə müraciət etdik. Orada bu məlumatı nə təsdiq, nə də təkzib etdilər. İndi ABŞ-dan Ermənistana gəldiyi bildirilən hüquqi orqan nümayəndələrinə də eyni sorğunu göndərəcəyik” – deyə Zadoyan bildirib.

Qeyd edək ki, Ermənistanın nüfuzlu media qurumları Amerikada Serj Sarkisyan və onu ailə üzvlərinə məxsus bank hesablarının dondurulduğu, həmçinin beynəlxalq anti-korrupsiya orqanı nümayəndələrinin araşdırma aparmaq üçün Ermənistana gəldiyi barədə məlumatlar yayıb.



Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Federal Təhqiqatlar Bürosunun müstəntiqləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr, Saşik və Levon Sarkisyana qarşı cinayət işi açıb. Müstəntiqlər həm ABŞ-da, həm də Ermənistanda Sarkisyanın qardaşlarının əməllərindən zərər çəkən iş adamları barədə materiallar toplamağa başlayıblar. Sarkisyanın qardaşlarına qarşı açılan cinayət işinin təfərrüatları haqda məlumat verilməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   ABŞ   Sarkisyan  





Xəbər lenti