Prezident körpü tikintisinə 3 milyon manat ayırdı

Prezident körpü tikintisinə 3 milyon manat ayırdı
  18 May 2018    Oxunub:1050
Azərbaycan prezidenti İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni körpü tikilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Bərdə şəhəri ərazisində Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün sökülməsi və onun yerində yeni körpünün tikilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin ilkin olaraq 3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   Bərdə  





Xəbər lenti