Göyçayda iki qardaş bıçaqlanıb

Göyçayda iki qardaş bıçaqlanıb
  19 May 2018    Oxunub:1189
Mayın 18-də Göyçay rayonunun Qarabaqqal kəndi ərazisindən Bığır kənd sakinləri Rəşan Rəsulov və qardaşı, əvvəllər məhkum olunmuş Elvin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən həmkəndliləri, əvvəllər məhkum olunmuş Mahir Qəhrəmanov saxlanılıb. Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti