Komitədən “qərənfil qaçaqmalçılığı” ilə bağlı açıqlama

Komitədən “qərənfil qaçaqmalçılığı” ilə bağlı açıqlama
  19 May 2018    Oxunub:1821
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Dağıstan Gömrük İdarəsinin "Məhərrəmkənd" gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən "Mercedes Benz" markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə məlumat yayılıb.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a bildirilib ki, 17 may 2018-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib.

Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan Respublikası vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur.

AzVision.az


Teqlər: DGK   Təkzib  





Xəbər lenti