XİN əsgərimizin şəhid olmasına münasibət bildirib

XİN əsgərimizin şəhid olmasına münasibət bildirib
  20 May 2018    Oxunub:2441
Xarici İşlər Nazirliyi (XİN) Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olmasına münasibət bildirib.
XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə baş sağlığı verdiklərini bildirib.

“Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir. Bu bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa bir şey deyildir və cəfəngiyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

Qeyd edək ki, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

AzVision.az


Teqlər: XİN   Şəhid   Ermənistan  





Xəbər lenti