Vuçiçin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Prezident İlham Əliyev və Prezident Aleksandr Vuçiç fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Serbiya Prezidenti Azərbaycan əsgərlərini salamladı. Serbiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Vuçiçə, Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Azərbaycan və Serbiya prezidentləri rəsmi foto çəkdirdilər.
AzVision.az