“Münasibətlərimiz yeni mərhələyə qalxacaq” - İlham Əliyev
AzVision.az xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandr Vuçiçlə geniş tərkibli görüşdə bildirib.
Biz gələcəkdə energetika, nəqliyyat sahəsində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var və belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaq. Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, iki ölkənin münasibətlərinin böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir. Əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək. Sizə uğurlu səfər arzulayıram. Əminəm ki, səfər zamanı əldə edilmiş razılaşmalar gələcək uğurlu əməkdaşlığımızı daha da möhkəmləndirəcək”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Serbiya Azərbaycan İlham-Əliyev