"Əlillərə pensiya verməmək 5 qat cinayətdir" - Deputat
“Əgər, doğrudan da, hansısa şəxs əlildirsə, ona əlillik dərəcəsi təyin edilməlidir. Biz buna nail olmalıyıq”, - deyə R.Əliyev bildirib.
Deputat Musa Quliyev isə bu sahədə şəffaflığın olmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək bir cinayətdirsə, əlil olan insana əlillik pensiyası təyin etməmək beşqat cinayətdir:
“Biz bunun üzərində düşünməliyik. Şikayət daxil olur ki, onkoloji diaqnozla əlillik dərəcəsi təyin edilmir, təkrar müayinəyə göndərilir, növbəti müayinə dövrünə qədər də həmin insan dünyasını dəyişir. Hətta elə hallar olur ki, bir gözünü itirən insana cavab verirlər ki, əlavə müalicəyə ehtiyac var. Normalda bu insana ömürlük 3-cü qrup əlillik dərəcəsi təyin edilməlidir. Tibii sosial ekspert komissiyalarında çalışan həkimlərin ixtisaslarına baxılmalıdır, bəlkə də onların heç biri 20 ildə ixtisas kurs keçməyiblər”.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Əlil Deputat