Rövşən Rzayev məcburi köçkünləri qəbul edib
Qəbulda müraciətlərin əsasən mənzillə bağlı olduğu nəzərə alınaraq qeyd olunub ki, ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli həmişə olduğu kimi hazırda da Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı işlər, sosial yönümlü layihələr həyata keçirilir.
Qeyd olunub ki, qəzalı binalarda yaşayan məcburi köçkünlərin problemlərinin həlli, o cümlədən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlər həyata keçirilir. Qəbul zamanı məcburi köçkünlər tərəfindən əsasən mənzil, qeydiyyat, kommunal xidmətlər, təmir-bərpa, işədüzəlmə və digər bu kimi məsələlərlə bağlı kollektiv və fərdi qaydada müraciətlər edilib.
Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.
AzVision.az
Teqlər: Rövşən-Rzayev Dövlət-Komitəsi