Ermənistanın daha bir hərbi qulluqçusu öldü - (VİDEO)

Ermənistanın daha bir hərbi qulluqçusu öldü - (VİDEO)
  23 May 2018    Oxunub:10553
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb.

AzVision.az "News.am"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ölən hərbçi 1998-ci il təvəllüdlü Martin Xaçatryandır.
Onun cəsədi ötən gün Ermənistanın cənub-qərb istiqamətindəki döyüş postlarından birində aşkar edilib. Xaçatryanın qarnından aldığı güllə yarasından öldüyü məlum olub.



Qeyd olunub ki, Xaçatryan hərbi xidmətə Gümrüdən çağırılıb. Faktla bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti