"Vətəndaş nikahı fəsadlara gətirib çıxarır" - Komitə sədri

  23 May 2018    Oxunub : 1351
"Vətəndaş nikahı fəsadlara gətirib çıxarır" - Komitə sədri
“Azərbaycanda ailə institutunun qorunması prioritet məsələlərdəndir. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilib”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə deyib.

Komitə sədri bildirib ki, vətəndaş nikahı fəsadlara gətirib çıxarır: “Qeyri-rəsmi nikahlar, dini kəbin kəsmə, heç bir hüququ əhəmiyyətə malik deyil. Konfliktli ailədə uşaqlar zəif insan kimi formalaşır. Nikahın pozulmasına dair rəsmi məlumatlar narahatçılıq yaradır. Bütün bunlarla bağlı araşdırma aparılmalı və maarifləndirmə tədbirləri keçirilməlidir”.

A.Naxçıvanlı qeyd edib ki, mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq qalır: "Erkən nikahlarda məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümü, boşanmalara kimi fiziki psixoloji çətinliklərə rast gəlinir. Burada eyni zamanda təhsildən yayınma halları da baş verir".

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Milli-Məclis   Aqiyə-Naxçıvanlı   Deputat   Ailə