“Psixoloji yardım haqqında” qanun qəbul olunacaq

“Psixoloji yardım haqqında” qanun qəbul olunacaq
  23 May 2018    Oxunub:1083
“Azərbaycanda psixoloji yardımın səviyyəsi çox aşağıdır. Bu xidmət, demək olar ki, yoxdur. Psixoloji yardımı göstərənin axtarıb tapsaq, görəcəyik ki, savadı yoxdur, ya da ekstrasentdir”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri qeyd edib ki, psixoloji yardımla bağlı problem aradan qaldırılmalıdır. Ə.Əmiraslanov vurğulayıb ki, bu problemin həlli üçün “Psixoloji yardım haqqında” qanun qəbul olunacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Əhliman-Əmiraslanov  





Xəbər lenti