Türkiyədə "TIR" sürücüsünün Mübariz sevgisi - VİDEO

  23 May 2018    Oxunub : 13409
Türkiyədə "TIR" sürücüsünün Mübariz sevgisi - VİDEO
Türkiyədə "TIR" sürücüsü Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova olan sevgisini ifadə etmək üçün onun şəklini avtomobilinə vurub.
AzVision.az xəbər verir ki, kimliyi bizə məlum olmayan sürücünün bu addımı sosial şəbəkələrdə rəğbətlə qarşılanıb.

Bundan əlavə, həmin fotoda Türkiyə-Azərbaycan bayraqları və "Bir millət, iki dövlət" şüarı qeyd olunub.

Kadrlardan da göründüyü kimi, sürücü üzərində Mübariz İbrahimovun şəkli olan yük maşınını şəhər boyu sürür. Təqdim etdiyimiz video digər sürücülər tərəfindən lentə alınıb:



Xatırladaq ki, təsdiq edilməmiş versiyalara görə, 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarından özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimov "Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra) layiq görülüb.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Şəhid   Mübariz-İbrahimov   Milli-Qəhrəman