Komitə sədri Türkiyədə səfərdədir

  23 May 2018    Oxunub : 798
Komitə sədri Türkiyədə səfərdədir
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə rəsmi səfərdədir.
Komitədən AzVision.az-a verilən məlumata görə, rəsmi səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşlər nəzərdə tutulub.

Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq. Komitə sədrinin səfəri mayın 26-da yekunlaşacaq.

AzVision.az

Teqlər: Fuad-Muradov