İlahiyyat İnstitutuna bina ayrılıb
"Bütün cari işlər yerinə yetirilib. İnstitutun saxlanması üçün artıq Maliyyə Nazirliyindən vəsait ayrılıb. Yaxın günlərdə rəhbərliyin təyin olunması gözlənilir. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İnstitutun tərkibində fəaliyyət göstərəcək. Orada işləyən müəllimlər də İlahiyyat İnstitutunda çalışacaqlar".
M. Qurbanlı bildirib ki, gələcəkdə İlahiyyat İnstitutu üçün Bakıdan kənarda ayrıca binanın tikilməsi nəzərdə tutulur. "Perspektivdə kampın olması nəzərdə tutulur. İnstituta hazırkı mərhələdə 60 nəfər qəbul ediləcək, İlahiyyat fakültəsində təhsil alan tələbələri də nəzərə alsaq, burada 100-ə yaxın tələbə oxuyacaq. Bu tələbə sayı ilə bizə ayrılan bina kifayət edir. Lakin tələbələrin sayı artacaq və ayrıca binanın tikilməsi vacibdir".
Komitə sədri qeyd edib ki, İlahiyyat İnstitutunu bitirdikdən sonra tələbələr məscidlərdə imam və imam-naib kimi çalışacaqlar.
Aytən Zəhra
AzVision.az
Teqlər: Mübariz-Qurbanlı