Son vaxtlar Azərbaycandan İŞİD-ə qoşulan olmayıb
Komitə sədri bildirib ki, orada yanlışlığa yol verilib. "ABŞ-da olduğumuz müddətdə biz bu məsələləri müzakirə etdik. ABŞ-ın Azərbaycandakı səfirliyində də məsələ müzakirə olunub. 2-3 il əvvəl olan faktı götürüb, bugünkü kimi yazıblar. Şəxs cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə hökmü ilə cəzalandırılıb. Həmin şəxslər Cinayət Məcələsindəki bu və ya digər maddələri pozduğuna görə həbs olunub. Bunun dini etiqad azadlığı və ya dini fəaliyyətlə əlaqəsi yoxdur".
M. Qurbanlı deyib ki, hazırda İŞİD-in fəaliyyəti tam şəkildə sönmək üzrədir. "Həmin təşkilat süqutunu yaşayır. Təəssüf ki, Azərbaycandan ora qoşulan olub. Qayıdanlar da cəzalandırılıb. Əgər gələcəkdə başqa yerlərə gedib, ölkəyə qayıdanlar olarsa, onlar barəsində də müvafiq qanunvericilik çərçivəsində işlər görüləcək".
Komitə sdəri qeyd edib ki, son dövlər Azərbaycandan İŞİD-ə qoşulanlar qeydə alınmayıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: