Xəzərdə iki nəfərin meyiti tapılıb

Xəzərdə iki nəfərin meyiti tapılıb
  24 May 2018    Oxunub:932
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Xəzər  





Xəbər lenti