“Azərbaycanın statusu və təsiri gündən-günə artır” - Çin lideri

“Azərbaycanın statusu və təsiri gündən-günə artır” - Çin lideri
  24 May 2018    Oxunub:1018
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

- Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Çin hökuməti və Çin xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Son illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, cəmiyyətdə sabitlik və həmrəylik müşahidə olunur, Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır. Azərbaycanın yaxın dostu kimi Çin buna ürəkdən sevinir. Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına böyük diqqət yetirirəm, iki ölkənin və onların xalqlarının xeyrinə qarşılıqlı faydalı əməkdaşlığın bütün sahələrində yeni uğurlara nail olmaq üçün Sizinlə birgə səy göstərməyə hazıram.

Azərbaycan xalqına tərəqqi və əmin-amanlıq arzulayıram. Sizə cansağlığı və ən xoş arzular diləyirəm.

AzVision.az


Teqlər: Çin   İlham-Əliyev   Təbrik  





Xəbər lenti