Prezidentin əfv sərəncamı yüksək qiymətləndirilir

Prezidentin əfv sərəncamı yüksək qiymətləndirilir
  25 May 2018    Oxunub:4108
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.
Ölkə başçısının 634 nəfərə şamil olunan sərəncamı ictimaiyyət arasında yüksək qiymətləndirilir.

Hüquqşünas, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev AzVision.az-a bildirib ki, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı tarixi hadisədir.



“Cənab prezident Cumhuriyyətimizin 100 illiyi ərəfəsində, bayarama bir neçə gün qalmış yüzlərlə ailəni sevindirdi. Bu, indiyə qədər imzalanan sərəncamlar içərisində daha çox məhkumu əhatə edən əfv sərəncamıdır. Əfv cənab prezidentin mərhəmət, humanizm, humanitar yanaşma prinsiplərinə sadiqliyinin göstəricisidir".

Komissiya üzvü əfv bağlı edilən müraciətlərin diqqətlə araşdırıldığını vurğulayıb: "Fevral ayından may ayının birinci yarısına qədər hər həftə Əfv Komissiyasının çox saylı iclasları keçirilib. İclaslarda 1500-ə qədər müraciətə baxılıb. Hər bir müraciət araşdırılıb, onlara diqqətlə yanaşılıb. Müraciətlərə baxılarkən dövlətin və cəmiyyətin maraqları, məhkumun maraqları, onların ailə vəziyyəti, şəxsiyyəti, davranışları, etdiyi cinayətə münasibəti, bütün bu kriteriyalar əsas götürülərək ortaq balanslı rəylər qəbul olunub. Daha sonra rəylər cənab preizdentə təqdim edilib. Həminin bildirim ki, bu gün imzalanan əfv sərəncamı sayca 64-cüdür”.

Ə. Nuriyev əfv olunanlar arasında cəmiyyətdə adaları çəkilən, tanınan şəxslərin də olduğunu deyib: “Nardaran hadisələrində iştirak edən 7 nəfəri biz siyahıya saldıq. Şantaj yolu ilə pul almaqda təqsirləndirilən şair Saday Şəkərli və başqalarının da adlarını qeyd etmək olar”.



“Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov hesab edir ki, əfv azadlığa çıxan şəxslər üçün böyük şansdır.

“Əvvəlki əfvlərdən fərq odur ki, bu dəfə azadlığa çıxanların sayı daha çoxdur. Bu, Cumhuriyyətin 100 illiyi ərəfəsində böyük humanist addımdır. Əfv sərəncamını birmənalı şəkildə dətəkləyirəm. Hesab edirəm ki, həm cəmiyyət üçün, həm də cinayət əməli törədib cəza alanlar üçün mesajdır. Məhkumlar islah yoluna qədəm qoysalar, əməllərindən peşman olsalar, humanizm qapısı onların üzünə açıq olacaq".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Əfv  





Xəbər lenti