Dənizdən meyiti tapılan şəxslərin kimliyi bilindi

Dənizdən meyiti tapılan şəxslərin kimliyi bilindi
  25 May 2018    Oxunub:1052
24 may 2018-ci il tarixində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilmiş və aidiyyəti üzrə təhvil verilib.
AzVision.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlu olması müəyyənləşib.



AzVision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti