Sabahdan ov mövsümü başlayır

Sabahdan ov mövsümü başlayır
  25 May 2018    Oxunub:1607
Mayın 26-da ov mövsümünə start veriləcək və mövsüm martın 16-dək davam edəcək. İlk olaraq cütdırnaqlılardan Dağıstan turunun ovuna icazə veriləcək. Onun ovlanması oktyabrın 13-dək mümkün olacaq.
AzVision.azxəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində ov qaydalarının, ov yerlərinin açıqlanmasına həsr edilmiş mətbuat konfransında çıxış edən nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, Azərbaycanda 12 ovçuluq təsərrüfatı var və 215 min hektar ərazini əhatə edir.



Onun sözlərinə görə, yalnız ovçuluq bileti olan şəxslərə heyvanların ovlanmasına icazə verilir. Ovçuluq bileti almaq üçün test imtahanından uğurla keçmək lazımdır: "İmtahanda iştirak edənlərin silahla davranmaq qaydası, Azərbaycan qanunvericiliyi, fauna növləri haqqında bilikləri yoxlanılır. Bundan əlavə, xarici ölkə vətəndaşlarının da ovla məşğul olmasını tənzimləmək üçün qaydalar tətbiq olunur". Direktor müavini qoruq ərazilərində ov etməyin qadağan olduğunu və qanunsuz ovçuluqla məşğul olanlara qarşı tədbirlər görüləcəyini də diqqətə çatdırıb.

AzVision.az


Teqlər: ETSN   OV  





Xəbər lenti