Antidopinq Agentliyinin səlahiyyətləri artırılır

Antidopinq Agentliyinin səlahiyyətləri artırılır
  25 May 2018    Oxunub:1730
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılır.
AzVision.az xəbər verir ki, bununla bağlı “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilir. Qanunun 7-ci (Milli antidopinq qurumunun vəzifələri) maddəsinə yeni bənd əlavə edilir.

Əlavə edilən 7.0.12-1 bəndinə əsasən, Azərbaycan Milli Antidopinq Agentliyinə idmanda dopinqdən istifadənin qarşısının alınması, habelə qadağan olunan dopinq vasitələrinin qanunsuz dövriyyəsində iştirak edən şəxslər barədə məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq etmək, o cümlədən məlumat mübadiləsini həyata keçirmək səlahiyyəti verilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Qanun  





Xəbər lenti