Sahibkarlara gömrük rüsumu SMS-lə bildiriləcək

Sahibkarlara gömrük rüsumu SMS-lə bildiriləcək
  25 May 2018    Oxunub:1538
“Dövlət Gömrük Komitəsində (DGK) vahid SMS-məlumatlandırma sistemi yaradılacaq”.
AzVision.az xəbər verir ki, bunu DGK-nın sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, sahibkarın məhsulu sərhəd-keçid məntəqəsinə çatarkən, ona ödəyəcəyi gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək.:

"Onlara ödəyəcəyi vergilərin nə qədər olacağı ilə bağlı qabaqcadan SMS məlumatlar veriləcək ki, bu da ticarətin asanlaşdırılması, sahibkarların bəzən günlərlə gömrük anbarlarında olan yüklərinin gömrük rəsmiləşdirilməsini sürətləndirilməsinə təkan verəcəkr".

Komitə sədri əlavə edib ki, ticarət zənciri, ticarətin inkişafı və qlobal ticarətdə baş verən yeniliklər dövlət qurumlarında xüsusi islahatların aparılmasını labüd edir: “Bu istiqamətdə bizim də xidməti borcumuz ondan ibarətdir ki, fəaliyyətlərimizi, gələcək inkişafımızın istiqamətlərini prezidentimizin qarşımıza qoyduğu proqramlar çərçivəsində, siz təklifləriniz və hökumətin verəcəyi qərarlar ilə sürətləndirək və iqtisadi inkişafa nail olaq. Məqsədimiz bu yolları axtarmaq və biznes-dövlət dostluğunun təkmilləşdirilməsini genişləndirməkdir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DGK   Vergi  





Xəbər lenti