Maşın qaçıran keçmiş məhkum tutuldu

Maşın qaçıran keçmiş məhkum tutuldu
  25 May 2018    Oxunub:827
Bakıda avtomobil qaçırmış şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də Samir Əmirliyə məxsus “VAZ-21015” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Süleymanov saxlanılıb.

Avtomobil Y.Vəzirov küçəsində tapılıb. Araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti