ASAN Radiodan Cümhuriyyətlə bağlı layihə - VİDEO

ASAN Radiodan Cümhuriyyətlə bağlı layihə - VİDEO
  25 May 2018    Oxunub:1769
ASAN Radio müğənni Səbinə Babayeva ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni layihə hazırlayıb.
ASAN Radiodan AzVision.az-a verilən məlumata görə, layihənin məqsədi dövlətçilik ənənə və dəyərlərinin, atributlarının təbliğidir. Sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus Azərbaycan Respublikasının Dövlət Himnini müğənni Səbinə Babayeva orijinala yaxın, klassik formada yenidən ifa edib. Aranjeman Samir Şirinova məxsusdur. ASAN Radio Azərbaycan Dövlət Himnini müğənni Səbinə Babayevanın ifasında dinləyicilərin ixtiyarına verib. Müğənni ifası ilə bağlı bunları deyib:

“Mən həmişə Himnimizi oxumaq istəmişəm. Birincisi ona görə ki, hər birimiz üçün Himn əziz və müqəddəsdir. İkincisi, əmin idim ki, Himni yüksək səviyyədə ifa edə bilərəm. Dövlət Himnimizin həm musiqisi, həm də sözləri mükəmməldir. Dahi Üzeyir Hacıbəylinin bəstələdiyi əsərin ab-havası möhtəşəmdir, çox güclüdür. Himni oxuyanda bunu çox yaxşı hiss etdim. Ümid edirəm ki, layihəmiz dinləyicilər tərəfindən qiymətləndiriləcək və seviləcək”.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Avroviziya 2012” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayeva 2015-ci il Avropa Oyunlarının rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib. Həmin vaxt Səbinə Babayevanın Fərid Məmmədovla birgə səsləndirdiyi himn Almaniya Filarmoniyasında hazırlanmışdı.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq, ASAN Radio Səbinə Babayevanın ifasında Dövlət Himnini təqdim edir və informasiya dəstəyi verir.





AzVision.az


Teqlər: ASAN-Radio  





Xəbər lenti