“Ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb” - Baş nazirin müavini

“Ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb” - Baş nazirin müavini
  25 May 2018    Oxunub:1885
“Azərbaycanda məşğulluq dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir”.
AzVision.az xəbər verir ki, bunu Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri, Baş nazirin müavini Əli Əhmədov komissiyanın rayon (şəhər) icra hakimiyyətləri yanında məşğulluğa kömək üzrə əlaqələndirmə komitəsinin rəhbərlərinin birgə iştirakı ilə keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, 2003-cü ildən indiyədək ölkəmizdə 1,9 milyon iş yeri yaradılıb: “Həmin dövr ərzində əhalimiz 1,5 milyon artıb. Bu müddətdə xeyli iş yeri açılıb, insanların layiqli iş yerləri təmin olunması üçün addımlar atılır”.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycanda işsizliyin səviyyəsi 5 faiz civarındadır: “Avropanın bəzi inkişaf etmiş dövlətlərindəki demoqrafik vəziyyət Azərbaycandan fərqlidir. Azərbaycanda əhali artır, həmin ölkələrdə isə əhali artmır, əksinə azalır. Ölkədə əhalinin 5 milyona yaxını əmək qabiliyyətlidir və əhalinin 54 faizi kəndlərdə yaşayır. Bu, çox ciddi məsələdir”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti