Əli Kərimlinin adam "öldürən" yalanı - FOTOFAKT

Əli Kərimlinin adam "öldürən" yalanı - FOTOFAKT
  25 May 2018    Oxunub:8830
Narkotik ittihamı ilə həbs edilən Gәdəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin istintaq təcridxanasında ölməsi barədə məlumat yayılıb. Belə bir şayiəni radikal blogger, AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində ictimailəşdirib. O, məlum statusunda Saleh Rüstəmlinin guya döyülərək öldürüldüyünü yazıb.
“Saleh Rüstəmlinin “bandotdel”də işgəncə zamanı ölməsi haqda məlumat məni sarsıtdı. Ona və qardaşı oğlu Vidadi Rüstəmliyə işgəncə verilib. Yayılan məlumatlara görə, Saleh bəy növbəti belə işgəncəyə dözə bilməyib və artıq ölüb”.



Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məsələyə Daxili İşlər Nazirliyi (DİN) dərhal reaksiya verib. Nazirlik Saleh Rüstəmovun ölməsi barədə yayılan xəbərləri təkzib edib.

Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov: “Bu xəbər tamamilə yalan və uydurmadır. Xəbər yayılandan sonra qardaşı və vəkili Saleh Rüstəmovla görüşüb. Özü bildirib ki, saxlanılma şəraiti ilə bağlı narahatlığı yoxdur, heç bir işgəncəyə məruz qalmayıb. Bir qrup şəxs bu cür əsassız xəbərləri yaymaqla ictimaiyyəti aldatmağa çalışır”.

Heç bir fakt, sübut olmadan sabiq icra başçısını “öldürən” Kərimliyə sonradan məlum olub ki, Saleh Rüstəmli sağ-salamatdır. Qaş düzəltdiyi yerdə göz çıxaran blogger növbəti statusunu öz yalanının ifşasına həsr edib.

“Saleh Rüstəmli sağdır. Nəhayət, məlumat ala bildik. Onun işgəncələrdən ölməsilə bağlı dünən yayılmış məlumat doğru deyilmiş. Saleh bəyin qardaşı şəxsən mənə təsdiq etdi ki, o, sağdır. Onunla görüşüb”.



Göründüyü kimi, gülünc və acınacaqlı mənzərədir. Özünü partiya sədri hesab edən şəxs hansısa üçüncü mənbədən eşitdiyi məlumatı dəqiqləşdirmədən, yaydığı xəbərin Saleh Rüstəmlinin ailəsində necə faciə ilə qarşılanacağını nəzərə almaqdan qəsdən dezinformasiya yayıb. Bilirsinizmi niyə?

Səbəb çox sadədir: Əli Kərimli və onun düşüncəsində olanların “çörəyi” hakimiyyəti ləkələmək, dövlətin nüfuzuna xələl gətirməkdən çıxır. Onlar üçün məlumatın doğru, yaxud yalan olması fərq etməz. Əsas odur, hakimiyyəti "vurmaq" üçün səbəb olsun. Bu dəfə isə alınmadı. İfşa olan yenə Əli Kərimli özü oldu.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:





Xəbər lenti