Muxtar Babayev vətəndaşları qəbul edib

Muxtar Babayev vətəndaşları qəbul edib
  25 May 2018    Oxunub:1445
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bərdədə Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir Muxtar Babayev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digərləri üzrə Nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

AzVision.az


Teqlər: ETSN   Nazir   Vətəndaş  





Xəbər lenti