"Azərbaycan bütün sahələrdə tərəqqiyə nail olub" - Koreya prezidenti

"Azərbaycan bütün sahələrdə tərəqqiyə nail olub" - Koreya prezidenti
  25 May 2018    Oxunub:1003
Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Koreya Respublikasının hökuməti və xalqı adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Təqdirəlayiqdir ki, Azərbaycan müstəqil dövlət kimi son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olmuşdur.

Ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinə və xalqlarımızın Altay dil ailəsinə mənsubluğu kimi ortaq mədəni köklərimizə əsaslanaraq ümid edirəm ki, əməkdaşlığımızın möhkəmlənməsi və dərinləşməsi gələcəkdə daha geniş vüsət alacaqdır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına əbədi firavanlıq arzu edirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti