Naxçıvanda 9 məhkum əfv olunub

Naxçıvanda 9 məhkum əfv olunub
  26 May 2018    Oxunub:1313
Dövlətimizin humanist addımları nəticəsində indiyədək minlərlə məhkum əfv və amnistiya qərarlarına əsasən cəzadan azad olunub və ailələrinə qovuşublar.
Bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə müraciətlərinə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub.

4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib. Bu humanist addıma görə məhkumlar və onların ailə üzvləri Ali Məclisin Sədrinə dərin minnətdarlıqlarını bildiriblər.

AzVision.az





Teqlər: Naxçıvan   Əfv  





Xəbər lenti