Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır

Bakıda iki küçədə hərəkət məhdudlaşdırılır
  26 May 2018    Oxunub:1012
Bakı şəhərində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 10:00-dan axşam saatlarınadək Bakı-Ələt-Qazax-Gürcüstan Respublikasi ilə dövlət sərhədi avtomobil yolunun 74-320 kilometrliyində (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, bu səbəbdən yolda iş aparılan bir zolaq üzrə ( digər hərəkət zolaqları açıqdır ) hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu gün axşam saat 22:00-dan səhər saatlarınadək isə Üzeyir Hacıbəyli və Zərifə Əliyeva küçələrində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. Bu səbəbdən sözügedən küçələr boyu qeyd olunan müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən sözügedən küçələrlə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, -deyə məlumatda vurğulanıb.

AzVision.az


Teqlər: Yol  





Xəbər lenti