Şəkidə oğru “iş başında” saxlanılıb

Şəkidə oğru “iş başında” saxlanılıb
  26 May 2018    Oxunub:2041
Şəkidə şəhər ərazisində yerləşən, xüsusi texniki vasitələrlə qorunan mağazadan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, həmin vaxtı xidmətdə olan Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Təvəkkül Hüseynov, Sadiq Səlimov və Elvin Rəsulzadə dərhal operativ reaksiya göstərərək, qısa zaman ərzində hadisə yerinə gəlib, mağazanın qapısını sındırıb, oradan oğurluq etmək istəyən şəxsi elə “iş başında” yaxalayıblar.

Onlarının çevikliyi nəticəsində sonuncunun “arzusu” ürəyində qalıb, həmin şəxs saxlanılaraq aidiyyatı üzrə Şəki ŞRPŞ-yə təhvil verilib.

Şöbədə aparılan araşdırmalarla oğurluğa cəhd edən şəxsin rayonun Qoxmuq kənd sakini İlkin Məhərrəmli olduğu məyyən edilib.



AzVision.az


Teqlər: DİN   Şəki   Oğru  





Xəbər lenti