Gədəbəydə qətl hadisəsi baş verib

Gədəbəydə qətl hadisəsi baş verib
  26 May 2018    Oxunub:3494
Mayın 25-də Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisindəki kafelərin birində kənd sakini Məhəmmədəli Cəfərli münaqişə zəminində Poladlı kənd sakini Elşad Quliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş E.Quliyev orada ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərli saxlanılıb.

AzVision.az


Teqlər: Gədəbəy   DİN   Qətl  





Xəbər lenti