DİM imtahan nəticələrini açıqladı

DİM imtahan nəticələrini açıqladı
  26 May 2018    Oxunub:3802
Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2018-ci il mayın 26-da vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlanıb və üç saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 17:00-dan etibarən DİM-in internet saytında elan olunub.

İmtahanda iştirak üçün 1521 namizəd qeydiyyatdan keçib. Onlardan 504-ü imtahana gəlməyib. İmtahanda iştirak edən 1017 namizəddən üçü xaric edilib, 139 namizəd müsabiqə şərtini ödəyib – 70 və daha yüksək bal toplayıb ikinci mərhələyə - müsahibəyə buraxılıb.

AzVision.az


Teqlər: DİM   İmtahan   Vergi  





Xəbər lenti