Prezident efiopiyalı həmkarını təbrik edib

Prezident efiopiyalı həmkarını təbrik edib
  26 May 2018    Oxunub:942
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Mulatu Teşomeyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Təbrik  





Xəbər lenti