Prezident və birinci xanım məzun günündə - FOTOLAR+VİDEO

  26 May 2018    Oxunub : 7917
Prezident və birinci xanım məzun günündə - FOTOLAR+VİDEO
Mayın 26-da ADA Universitetində məzun günü keçirilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Prezident İlham Əliyev məzun günündə çıxış edib.

ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev məzun günündə dərin məzmunlu çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra diplomların təqdim edilməsi mərasimi başlayıb. Prezident İlham Əliyev məzunların bir qrupuna diplomları təqdim edib.



Qeyd edək ki, bu tədris ilində ADA universitetində 11 ixtisas üzrə 530 tələbə məzun adını qazanıb.













AzVision.az

Teqlər: ADA   İlham-Əliyev   Prezident   Mehriban-Əliyeva