Azərbaycan XİN-dən Paşinyanın oğlu ilə bağlı AÇIQLAMA

Azərbaycan XİN-dən Paşinyanın oğlu ilə bağlı AÇIQLAMA
  27 May 2018    Oxunub:7174
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi barədə məlumata münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, Hikmət Hacıyev deyib ki, eyforiya dövrü artıq başa çatmaq üzrə olan Ermənistanın Baş nazirinin öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmət keçməyə göndərməsini növbəti populizm cəhdi kimi qiymətləndiririk.

XİN rəsmisi bildirib ki, Ermənistan Respublikası vətəndaşlarının digər dövlət olaraq Azərbaycanın işğal olunmuş ərazilərində hərbi qulluq keçməsi beynəlxalq hüququn norma və prinsiplərinin və hətta Ermənistan qanunlarının kobud pozulmasıdır:

"Ermənistan rəhbərliyi bu addımı ilə Azərbaycanın ərazilərinin işğalına görə beynəlxalq hüququ məsuliyyətin tam şəkildə Ermənistanın üzərinə düşdüyünü bir daha təsdiq edir. Belə ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması davam edir. Ermənistan vətəndaşları, xüsusilə gənclər təhsil və yaradıcı fəaliyyətlə məşğul olmaq əvəzinə öz həyatlarının ən formativ dövrünü Azərbaycanın işğal olunmuş ərazilərində səngərlərdə keçirməyə və işğalçı missiyada xidmət etməyə vadar edilirlər. Ermənistan rəhbərliyinin bu kimi populist addımlar atmaq əvəzinə Ermənistanın üzləşdiyi köklü sosial-iqtisadi problemlərin və Ermənistan-Azərbaycan münaqişəsinin həlli, region ölkələri ilə sülh və mehriban qonşuluq vəziyyətində yaşamaq barədə ciddi fikirləşməsi Ermənistan əhalisi üçün daha faydalı olardı", - deyə H.Hacıyev qeyd edib.

AzVision.az


Teqlər: XİN   Qarabağ   Paşinyan  





Xəbər lenti