Fransalı nazir Şəhidlər xiyabanını ziyarət edib - FOTO

Fransalı nazir Şəhidlər xiyabanını ziyarət edib - FOTO
  28 May 2018    Oxunub:1293
Azərbaycanda səfərdə olan Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın başçılıq etdiyi nümayəndə heyəti mayın 27-də Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.





AzVision.az


Teqlər: Fransa   Nazir   Şəhidlər-Xiyabanı  





Xəbər lenti