Misirdə AXC ilə bağlı silsilə tədbirlər keçirilir

Misirdə AXC ilə bağlı silsilə tədbirlər keçirilir
  28 May 2018    Oxunub:1415
Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi, 28 may Respublika günü münasibətilə AR-ın Misirdəki səfirliyi tərəfindən Misirdə silsilə tədbirlər keçirilməkdədir.
Azərbaycanın Misirdəki səfirliyindən AzVision.az-a verilən məlumata əsasən, sözügedən yubileylə əlaqədar rəsmi qəbul, 100 illiyə həsr olunmuş konsert proqramı, Misirin aparıcı kanallarına ( Qahirə-1, Qahirə-2, Nil) verilən müsahibələr, Azərbaycanla bağlı proqramlar veriib.

Silsilə tədbirlər çərçivəsində, Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik xəbərlər agentlikləri (Yaxın Şərq Xəbərlər Agentliyi) və qəzetlərində (Əl-Əhram, Əl-Cümhuriyyə, Əl-Əxbar, Youm7, Shababnil və s.)AR-ın Misirdəki səfiri Tural Rzayevin 28 may Respublika günü münasibətilə əlaqədar məqaləsi dərc edilib.

Məqaləsində səfir 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınının 100 illik yubileyi haqqında geniş məlumat verərək, 28 may 1918-ci ildə Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu, cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb.

90-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən səfir ölkənin daxildən və xaricdən bir çox təzyiqlərlə üzləşdiyini, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu bildirib, nəhayət 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını bildirib. Məhz Ulu öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirib, ümummilli lider tərəfindən milli enerji strategiyasının işlənildiyini və onun rəhbərliyi altında 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan “Əsrin müqaviləsi”nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırıb.

Son 15 il ərzində Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini söyləyən T.Rzayev ölkəsinin regionda turizm məkanına çevrildiyin, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə viza rejiminin sadələşdirildiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini qeyd edib.

AzVision.az


Teqlər: AXC   Misir  





Xəbər lenti